Husilər “Krokus”da törədilən terror aktına münasibət bildiriblərbackend

Husilər “Krokus”da törədilən terror aktına münasibət bildiriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmən Husilər Hərəkatının Siyasi Bürosunun üzvü Əli əl-Kahuma bildirib ki, hərəkat Moskva yaxınlığındakı “Crocus City Hall”da törədilən terror aktını pisləyir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Husi sözçüsü həmçinin həlak olanların ailələrinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb.

Bundan əvvəl “Hizbullah” şiə təşkilatı Moskva vilayətində “Crocus City Hall”da törədilən terror aktını pisləyib.

Həmçinin Fələstinin HƏMAS hərəkatı Moskva yaxınlığındakı “Crocus City Hall”da törədilən terror aktını pisləyib.

Hərəkat Rusiya rəhbərliyinə, xalqına və həlak olanların ailələrinə başsağlığı verib. Bundan əlavə, HƏMAS qurbanların tezliklə sağalmasını arzulayıb və “bu kədərdə Rusiya ilə tam həmrəy olduğunu” bəyan edib.