Dünən axşam saatlarında Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına Zabrat-Pirşağı sahəsindən keçərkən daş atılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.
Bildirilib ki, nəticədə qatarın içində sərnişinlərin olduğu 2-ci vaqonunun pəncərələrindən biri sınıb.

Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında ADY-nin qatarlarına hərəkətdə olarkən 36 dəfə daş atılıb.









