İcra başçısı köhnə sürücüsünə yeni vəzifə verdibackend

İcra başçısı köhnə sürücüsünə yeni vəzifə verdi 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) başçısına yeni sürücü təyin olunub.

NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Orxan Mürsəlov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, RİH-in Baş mütəxəssis – sürücü vəzifəsinə Məmmədzadə Uday Yelmar oğlu təyin olunub.

Məlumata görə, U.Məmmədzadə bundan əvvəl O.Mürsəlovun Gədəbəy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı olduğu dönəmdə də sürücüsü olub.

Xatırladaq ki, O.Mürsəlov ötən ilin noyabrın 12-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Gülər