İcra başçısı özünə yeni müavin TƏYİN ETDİbackend

İcra başçısı özünə yeni müavin TƏYİN ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hacıbaba Babayev Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini təyin olunub.

NOCOMMENT xəbər verir ki, icra hakimiyyətindən modern.az-a verilən məlumata görə, Binəqədi Rayon İcara hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 5 iyul 2022-ci il sərəncamı ilə Babayev Hacıbaba Adil oğlu başçının müavini vəzifəsinə təyin edilib.

Hacıbaba Adil oğlu Babayev 01.01.1978-cı ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Şahtaxtı kəndində anadan olub. 1985-1993-cü illərdə orta məktəbə gedib. 1996-cı ildə N.Rəfiyev adına Naxçıvan Şəhər Kənd Təsərrüfatı Texnikumunu Mühasibat uçotu ixtisası üzrə bitirib. 1996-2000-ci illərdə Odlar Yurdu Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb, 2000-2002-ci illərdə Universitetin magistratura pilləsini, 2009-2013-cü illərdə Naxçıvan Dövlət Universitetini “iqtisadiyyatı tənzimlənməsi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2002-2003-cü illərdə müddətli həqiqi hərbi xidmət keçib.

25 mart 1994-cü il tarixindən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Əmək fəaliyyətinə 2004-cü ildən Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində başlayıb, 26 yanvar 2022-ci il tarixinədək həmin şöbənin baş məsləhətçisi vəzifəsində çalışıb, 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsinə yiyələnib. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 26 yanvar 2022-ci il tarixli Sərəncamı ilə Aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Dövlət qulluqçusu kimi fəaliyyət dövründə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri tərəfindən müxtəlif vaxtlarda “Fəxri Fərman”lar və “Təşəkkürnamə”lərlə təltif edilib. 15 oktyabr 2018-ci il tarixində “Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri” İctimai Birliyi tərəfindən “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli 3015 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Ailəlidir, iki övladı var.