Meksika Senatı cinsiyyətin dəyişdirilməsi terapiyasına görə cəzanı təsdiqləyibbackend

Meksika Senatı cinsiyyətin dəyişdirilməsi terapiyasına görə cəzanı təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksika Senatı cinsiyyətini dəyişmək üçün konversiya terapiyası keçirənlərin 2 ildən 6 ilə qədər həbs cəzasını təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Meksika Konqresinin yuxarı palatasının informasiya portalında məlumat verilib.

“Senat cinsini dəyişdirmək üçün konversion terapiyadan istifadə edənlərə iki ildən altı ilədək həbs cəzası verilməsini təsdiqləyib”, – bəyanatda deyilir.

Cəza şəxsin cinsi oriyentasiyasını, şəxsiyyətini və ya cinsi ifadəsini dəyişdirmək üçün hər hansı metodu həyata keçirən, istifadə edən, paylayan, məcbur edən və ya maliyyələşdirən hər kəsə şamil ediləcək.

Qeyd olunur ki, əgər söhbət uşaqlara, yeniyetmələrə, eləcə də sağlamlıq imkanları məhdud şəxslərə münasibətdə konversion terapiyadan gedirsə, o zaman cəzanın ikiqat artırılması təklif edilir.