İcra başçısı şöbə müdirini işdən qovdu – SƏBƏBİbackend

İcra başçısı şöbə müdirini işdən qovdu – SƏBƏBİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az-ın bölgə müxbiri xəbər verir ki, Quba rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev Ərazi İdarəetmə Orqanları üzrə iş şöbəsinin müdiri İlham Quliyevi tutduğu vəzifədən azad edib.

Buna səbəb onun “DOST-iş” MMC xətti ilə aztəminatlı vətəndaşların ödənişli ictimai işlər üçün ayrılan iş yerlərindən iksini öz tanışlarının adına sənədləşdirərək əmək haqqı kartlarını mənimsəməsi olub.

Qeyd edək ki, şöbə müdirinin saxtakarlığı barədə ötən yazımızda bəhs edilmişdi. İ.Quliyev bu iş yerlərini Quba şəhər sakinləri Haciyeva Kəmalə Nizami qızı və Xasməmmədov Turan Nizami oğlunun adlarına sənədləşdirmişdi.

NOCOMMENT.az-ın məlum yazısından sonra sabiq şöbə müdiri iyun ayının 2-də həmin insanların adına olan kartları ləğv etdirib.

Cəlal Fərzəliyev
Bölgə müxbiri