İcra başçısının müavini işdən çıxarıldı – FOTObackend

İcra başçısının müavini işdən çıxarıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Xalid Rəhimov vəzifəsindən çıxarılıb.

NOCOMMENT.az xəbər verir ki, Lənkəran RİH-dən “Qafqazinfo”ya verilən məlumata görə, Xalid Rəhimov işdən çıxmaq üçün özü ərizə ilə müraciət edib.

O, səhhətində problem olduğu üçün vəzifəsindən uzaqlaşdırılmasını istəyib. X.Rəhimov həmçinin, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.

İcra başçısı Taleh Qaraşovun əmri ilə X.Rəhimov işdən azad edilib.