İctimai yerdə koronavirus xəstəsi saxlanıldıbackend

İctimai yerdə koronavirus xəstəsi saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan NOCOMMENT.az-a verilən məlumata görə, Cəlilabad rayon sakini İ.Hüseynova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə İ.Hüseynovun xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozduğu və yaşayış yerini tərk etdiyi müəyyən olunub. O, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

İ.Hüseynovun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırmalar aparılır.