“Formula 1”in keçmiş braziliyalı pilotu Hermano da Silva Ramos 100 yaşında vəfat edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Autosport” məlumat yayıb.
Onun ölüm səbəbi ilə bağlı təfərrüatlar açıqlanmayıb.
2023-cü ilin aprelindən ölümünə qədər o, “Formula 1”də yarışan ən yaşlı sürücü olub.
Silva Ramos yeddi “Formula 1” Dünya Çempionatının Qran prisində iştirak edib. Onun debütü 19 iyun 1955-ci ildə Niderland Qran prisində baş tutub. Silvanın karyerasında ən yaxşı nəticəsi 1956-cı il Monako Qran prisində braziliyalının iki xal qazandığı beşinci yer olub. /Qafqazinfo/











