Azərbaycan güsləşçisi qızıl medal qazandı - VİDEO

Azərbaycan güsləşçisi qızıl medal qazandı - VİDEO

Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatı sona yaxınlaşır.

NOCOMMENT.az xəbər verir ki, dördüncü yarış günündə daha 2 güləşçimiz fəxri kürsüyə qalxıb.

Elvin Necəfzadə (85 kiloqram) finalda rusiyalı İbragim Maqomedovla qarşılaşıb. Görüş gərgin mübarizə şəraitində keçib. Həmyerlimiz 1:4 hesabı ilə geridə olsa da, əzmkarlıq göstərərək geridönüş edib. Son saniyələrdə qazandığı xallarla 5:4 hesablı qələbə qazanan sərbəst güləşçimiz Avropa çempionu olub.

Çempionluqdan sonra yayılan görüntülərdə Elvinin anasına səslənərək “Ana, oğlun çempion gəlir!” deməsi sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.