Futbol dünyasında transfer bazarını alt-üst edəcək böyük bir iddia və səs-küylü arxiv görüntüləri ortaya çıxıb. Hazırda Avropanın nəhəng klublarının hədəfində olan dünya ulduzunun hələ 12 yaşında ikən "Real Madrid" forması ilə sınaq məşqlərinə qatıldığı anlar sosial mediada gündəm olub.
NOCOMMENT.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Joze Mourinyonun baş məşqçi postuna gəldiyi "Real Madrid" əzəli rəqibi "Atletiko Madrid"in qapısını argentinalı hücumçu Xulian Alvares üçün tam 150 milyon avroluq rekord təkliflə döyüb. Lakin "kral klubu" "Atletiko"nun bu astronomik məbləği an dərhal rədd etdiyini açıqlayıb.
Bu transfer qovğasının ardınca futbolçunun uşaqlıq illərinə aid arxiv qeydləri yayılıb. Məlum olub ki, Alvares hələ 12 yaşında olarkən İspaniyaya gələrək "Real Madrid"in akademiyasında sınaq məşqlərinə çıxıbmış. İllər öncə Madrid klubunun qapısından geri dönən 26 yaşlı qolçunun bugünkü dəyəri isə dodaq uçuqdurur. "Atletiko Madrid"in ulduz hücumçu üçün tam 500 milyon avro transfer haqqı (bonservis) gözlədiyi iddia edilir. Ötən mövsüm meydana çıxdığı 49 matçda 29 qola birbaşa töhfə verən argentinalı ulduzla hazırda "Real Madrid"dən başqa, "Barselona", PSJ, "İnter", "Arsenal" və "Mançester Yunayted" kimi dünya nəhəngləri də yaxından maraqlanır.
Sara,
NOCOMMENT.az












