DÇ-2026: Avstraliya Türkiyəni məğlub etdi

DÇ-2026: Avstraliya Türkiyəni məğlub etdi

Futbol üzrə dünya çempionatında Türkiyə millisi Avstraliyaya uduzub.

NOCOMMENT.az xəbər verir ki, "BC Place Vancouver" stadionunda keçirilən D qrupunun matçında Türkiyə yığması 0:2 hesabı ilə məğlub olublar.

Avstraliyanın heyətində Nestori İrankunda (27) və Konnor Metkalf (75) fərqlənib.

Qeyd edək ki, bu qrupun digər qarşılaşmasında ABŞ seçməsi Paraqvayı 4:1 hesabı ilə məğlub edib.