Türkiyə Super Liqasının 14-cü həftəsində “Fənərbaxça” öz meydanında “Sivasspor”u 4:1 hesabı ilə məğlub edərək liderliyini davam etdirib.
“Fənərbaxşa”da zədələnən Kresponu 65-ci dəqiqədə İsmail Yüksek əvəzləyib.
“Fənərbağça”ya hələ hazır olmayan Serdar Əziz və Mert Hakan Yandaşla yanaşı, müalicəsi davam edən Rodriqo Bekao və Miha Zayc da heyətdə yer almayıb.
“Sivasspor”da zədələnən Modou Barrou, Emrah Başsan və Gerson Rodriges heyətdə yer almayıb.
Fənərbaxçalı azarkeşlər matçdan əvvəl İrfan Can Kahveciyə sevgi nümayiş etdirib. Qarşılaşmadan əvvəl isinmə hərəkətləri etmək üçün meydana çıxan İrfan Can Kahveciyə “Qürurumuzsan” şüarı səsləndirilib.












