Kosovo klubunu Bakı təmsilçisinə dəyişən Elmirin taleyinə aydınlıq gəldi

Kosovo klubunu Bakı təmsilçisinə dəyişən Elmirin taleyinə aydınlıq gəldi

Bu ilin yanvarında "Şəfa"ya qoşulan yarımmüdafiəçi Elmir Tağıyevin taleyinə aydınlıq gəlib.

NOCOMMENT.az xəbər verir ki, ötən mövsümün ilk yarısını Kosovonun "Drenitsa" klubunda keçirən 26 yaşlı orta xətt oyunçusu çempion olaraq elitaya yüksələn Bakı komandasında qalacaq.

Belə ki, 34 yaşlı mütəxəssis Elgiz Kərəmlinin yerinə gətirilən yeni baş məşqçi Zaur Həşimov Premyer Liqa təcrübəsinə malik futbolçunun komandaya faydalı ola biləcəyini düşünür. Həşimov artıq Elmirlə görüşüb və onu komandada görmək istədiyini deyib. Orta xətt oyunçusunun performansından razı qalan rəhbərlik də sözügedən oyunçu ilə vidalaşmaq istəmir. Tərəflər hələ yeni müqaviləyə imza atmasalar da, münasibətlərin rəsmiləşəcəyi gözlənilir./fanat.az/