“Neftçi” hücumçu axtarışlarını davam etdirir.
NOCOMMENT.az xəbər verir ki, komanda hazırda braziliyalı forvardla danışıq aparır.
Söhbət braziliyalı Lukas Duartedən gedir. Hücumçunun son klubu Portuqaliyanın “Felgeyraş” komandası olub. 25 yaşlı futbolçunun “Neftçi”yə keçmək ehtimalı xeyli yüksəkdir.
Lukas Duarte həmçinin “Banqu”, “Quarani”, Qama”, “Petropolis” və “Sportinq Kovilyan” klublarının da şərəfini qoruyub.











