Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində baş tutan AEL – “Qarabağ” matçının son dəqiqələri gərgin anlarla yadda qalıb.
NOCOMMENT.az Qafqaz.info-ya istinadla xəbər verir ki, Abdulla Zubirin bərabərlik qolundan sonra azarkeşlərdən biri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova qarşı təxribat xarakterli hərəkətlər edib. Kiprli azarkeşin bu davranışı Qurban Qurbanovu özündən çıxardıb. Matçın baş hakimi qarşılaşmanı baş verən gərginlik səbəbindən dayandırıb.
Qarşılaşmanın qalan dəqiqələrinin oynanılıb-oynanılmayacağı bilinmir.








