Ramil Şeydayev Tailandda döyüldü – VİDEO

Ramil Şeydayev Tailandda döyüldü – VİDEO

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Tailandın “Buriram Yunayted” klubunun Asiya Çempionlar Liqasındakı matçından sonra dava düşüb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Çinin “Zhejiang” komandası ilə qarşılaşmanın ardından futbolçular arasında qarşıdurma olub.

Şeydayev də münaqişənin iştirakçısı olub və rəqib oyunçularla dava edib.

Qeyd edək ki, görüş Çin təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki klubun oyunçularına cəza veriləcəyi gözlənilir.

Şeydayev də mübahisənin mərkəzində olub və zərbələrə məruz qalıb.