Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kristiano Ronaldo ilə onun nişanlısı, model Corcina Rodriqes gələn həftəsonu Madeyrada evlənəcəklər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Deyl Meyl” məlumat yayıb.
Son məlumatlara görə, 41 yaşlı Kristiano və 32 yaşlı Corcina Funşal Katedralında nikaha daxil olacaq və daha sonra beşulduzlu Savoy Palace Otelində keçiriləcək əyləncəyə qatılacaqlar.
Otelin qonaqlarına cümə və şənbə günləri iki mərtəbənin, eləcə də bir neçə bar zonasının bağlanacağı barədə məlumat verilib.











