İdmançımız dünya çempionu oldubackend

İdmançımız dünya çempionu oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pauerliftinq üzrə Azərbaycan millisinin daha bir üzvü Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında iki medal qazanıb.

Milli Paralimpiya Komitəsindən NOCOMMENT.az-a verilən məlumata görə, bu dəfə Leyla Kərimova 2 “qızıl”la yadda qalıb.

İdmançı +86 kq çəki dərəcəsində gənclərin yarışında ən yaxşı nəticəyə (78 kq) və umümi çəkiyə görə (148 kq) çempion olub. Kərimova bununla gənclər arasında Avropa rekordunu da yeniləyib.

Qeyd edək ki, daha əvvəl Talıb Zeynalov (+107 kq) yarışda 2 gümüş medal qazanıb.