Azərbaycanın III MDB Oyunlarının medal sıralamasındakı mövqeyində dəyişiklik olmayıb.
NOCOMMENT.az xəbər verir ki, ölkəmizin aktivində 62 medal var.
Onlardan 8-i qızıl, 21-i gümüş, 33-ü isə bürüncdür.
İlk pillədə 96 medalla (64 qızıl, 19 gümüş, 13 bürünc) Rusiya yer alır. İlk üçlükdə 52 medalla (7 qızıl, 19 gümüş, 26 bürünc) Belarus qapayır.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.