III MDB Oyunları çərçivəsində keçirilən 15 yaşadək qızlardan ibarət voleybol yarışında növbəti matç baş tutub.
NOCOMMENT.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan turnirdə Azərbaycan millisi ilə Özbəkistan yığması qarşılaşıb.
Görüş 3:2 hesabı ilə Azərbaycan voleybolçularının qələbəsi ilə başa çatıb.