İki nəfər dəm qazından dünyasın dəyişdibackend

İki nəfər dəm qazından dünyasın dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeronda 33 yaşlı kişi qəm qazından boğulub.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə rayonun Masazır kəndində baş verib.

1993-cü il təvəllüdlü Hüseyn Yasən oğlu Ramazanov kirayə yaşadığı Masazır kəndi, H.Z.Tağıyev küçəsindəki evlərdən birində dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Oxşar hadisə Sumqayıt şəhər Corat qəsəbəsində də baş verib.

1990-cı il təvəllüdlü Əbülfəz Bayraməli oğlu Vahabov yaşadığı fərdi evdə dəm qazından boğularaq vəfat edib.

Baş vermiş hadisələrlə bağlı araşdırma aparılır.

Fotoda Əbülfəz Vahabov