İki nəfərin ölümünə səbəb olan şəxsə yeddi il həbs cəzası verildibackend

İki nəfərin ölümünə səbəb olan şəxsə yeddi il həbs cəzası verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub.

NOCOMMENT.az xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilib.

Məhkəmədə bildirilib ki, hadisə baş verən gün Elçin, dostları Anar, Vüsal və Əli ilə birgə VAZ markalı avtomobillə yola çıxıb. Onlar yolda olarkən başları söhbətə qarışıb və maşın saatda 80-90 kilometr sürətlə hərəkətdə olarkən qarşıda dönmə manevri edən “Mercedes”ə çırpılıb. Nəticədə “Mercedes”in sürücüsü 46 yaşlı İlkin Xası oğlu Əzizov və Elçinin sərnişini 40 yaşlı Əli Şamil oğlu Moqomov hadisə yerində ölüblər. Digər şəxslər isə xəsarət alıblar.

Məhkəmənin hökmü ilə qəzaya səbəb olan sürücüyə yeddi il həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi ərzində polisin nəzarəti altında olan Elçin məhkəmə zalındaca həbs edilib./Qafqazinfo/