Nuranə Əsgərin təqdimatında efirə gedən “İki üz” proqramınının qonağı bu dəfə müğənni Elit Star Cəmilə olub. Verilişin əvvəlində aparıcı bildirib ki, digər qonaq – müğənni Seymur Məmmədov studiyada olmalı idi, lakin Elit Star Cəmilə ilə aralarında olan şəxsi münasibətlər səbəbindən canlı efirə qatılmaqdan imtina edib.
NOCOMMENT.az xəbər verir ki, Cəmilə isə məsələ ilə bağlı sərt çıxışı ilə diqqət çəkib.
O, Seymur Məmmədov haqqında kəskin fikirlər səsləndirərək, aralarında yaşananlara görə onu qınadığını bildirib. Müğənninin açıqlamaları verilişdə gərgin atmosfer yaradıb.
Həmin kadrları təqdim edirik:













