Avropa İttifaqının ali nümayəndəsi İkinci Dünya müharibəsində SSRİ və Çinin nasizm üzərində qələbə çaldığı barədə bəyanatı “yeni bir şey” adlandırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Avropa İttifaqının Təhlükəsizlik Araşdırmaları İnstitutunun konfransında çıxışı zamanı bildirib.
“Rusiya Çinə müraciət edərək deyirdi: ‘Rusiya və Çin İkinci Dünya müharibəsində döyüşdü, biz müharibəni qazandıq, nasizmi məğlub etdik’. Mən isə düşündüm: ‘Yaxşı, bu, nəsə yenilikdir’”, – deyə o bildirib.