İlham Əliyev bu gün deyir ki, Zəngəzur mənimdir, sabah da İrəvan… – Paşinyan yenə on minlərlə qurban verəcək?backend

İlham Əliyev bu gün deyir ki, Zəngəzur mənimdir, sabah da İrəvan… – Paşinyan yenə on minlərlə qurban verəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin sabiq deputatı Eduard Şarmazanov baş nazir Nikol Paşinyana müraciət edib.

NOCOMMENT.az xəbər verir ki, Şarmazanov müraciətində Paşinyana belə deyib: “Keçmişdə üçqat bayram var idi. Sən onu matəm və traura çevirdin. Keçmişdə bir “Şuşi” vardı. Sən onu İlham və Mehriban Əliyevlər üçün məkana çevirdin”.

Şarmazanov qeyd edib ki, “Artsax”ın böyük hissəsi təslim edildikdən sonra, Paşinyan bir dəfə də olsun ora ayaq basmayıb. Amma onun başı çirkli işlərinə qarışıb.

Sabiq deputat Paşinyana xitabən erməni terrorçu Qaregin Nijdenin bir fikrini xatırladıb: “Türklərdən daha pis olan aramızdakı pisdir”.

Eduard Şarmazanov 19 oktyabrda 10 partiya rəhbərinin Paşinyanla görüşü barədə də açıqlamalar verib: “Paşinyandan birbaşa 27 sentyabrda hansı təkliflər aldığını soruşdum. O mənə “5+2” variantını təklif etdiklərini söylədi”.

Şarmazanov ironiya ilə sual ünvanlayır: “Əgər belədirsə bəs Şuşa, Hadrut, Madagiz və başqa ərazilər necə oldu?”.

Şarmazanov əlavə edib: “İlham Əliyev bu gün deyir ki, Sünik (Zəngəzur) mənimdir, sabah da İrəvan… Belə deyilməməsi üçün Paşinyan yenə on minlərlə qurban verəcək”?.
Konkret.az