İlham Əliyev ömürlük məhkumların cəzalarını AZALTDIbackend

İlham Əliyev ömürlük məhkumların cəzalarını AZALTDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev martın 17-də bir qrup məhkumla bağlı əfv sərəncamı imzalayıb

NOCOMMENT xəbər verir ki, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib:

1. Aslanov Azər Məhərrəm oğlu, 1972-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 16 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

2. Əhmədov Araz Vidadi oğlu, 1974-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 7 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

3. Əliyev Vüqar İbrahim oğlu, 1981-ci Ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2016-cı il 15 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.