Qədr gecəsi ilə əlaqədar 463 məhbus əfv edildibackend

Qədr gecəsi ilə əlaqədar 463 məhbus əfv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənistanda prezident Serdar Berdiməhəmmədovun imzaladığı fərmanla aprelin 17-də həyata keçiriləcək Qədr gecəsi ilə əlaqədar 463 məhbus əfv edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkmənistanın “Altın Asır” televiziyası məlumat yayıb.

Məlumata görə prezident Berdiməhəmmədov ölkədə adət olduğu kimi cinayət törədən və əməlindən peşman olan və səmimi tövbə edən vətəndaşların milli bayramlar öncəsi bağışlandığını bildirib.

Serdar Berdiməhəmmədov fərmanı imzaladıqdan sonra əfv olunan 463 vətəndaşın tezliklə öz evlərinə və ailə üzvlərinə qayıtması üçün bütün lazımi işlərin görülməsi barədə göstəriş verib.

Prezident 7 Aprel Qədr Gecəsi münasibətilə amnistiyadan bəhrələnən vətəndaşlara əzmlə işləməyi, ölkədə həyata keçirilən genişmiqyaslı işlərə öz töhfəsini verməyi, Türkmənistana ürəkdən xidmət etməyi arzulayıb.

NOCOMMENT.AZ