İlham Əliyev və Mehriban Əliyeva Daşaltı kəndində olublar – VİDEObackend

İlham Əliyev və Mehriban Əliyeva Daşaltı kəndində olublar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərinə səfərindən sonra Daşaltı kəndində olublar.

NOCOMMENT-in report-a istinadən məlumatına görə, avtomobili özü idarə edən Prezident İlham Əliyev deyib: “Bura da Daşaltı kəndidir. Daşaltı kəndi ilə tanış olacağıq. Məhz bizim Müzəffər Ordumuz Daşaltı kəndindən qalxaraq, sıldırım qayaları fəth edərək Şuşaya daxil olub. Azərbaycanın gözəl təbiəti göz önündədir. Qarabağ torpağıdır. Bundan sonra azərbaycanlılar burada əbədi yaşayacaqlar”.

Qeyd edək ki, dövlət başçısının videogörüntüsünü Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb.