İlon Mask “Forbes”in illik milyarderlər siyahısındakı yerini itirdibackend

İlon Mask “Forbes”in illik milyarderlər siyahısındakı yerini itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlon Mask rəsmi olaraq “Forbes” jurnalının illik “Dünya Milyarderləri Siyahısı”nın zirvəsindən aşağı endirilib.

NOCOMMENT.az xəbər verir ki, “Tesla” və “Twitter”in baş direktoru hazırda 180 milyard dollarlıq sərvəti ilə dünyanın ikinci ən zəngin milyarderdir.

İlon Maskın keçən ildən bəri təxminən 39 milyard dollar sərvət itirdiyi təxmin edilir.

Birinci yeri isə Fransanın lüks mallar nəhəngi “LVMH”nin prezidenti Bernard Arnault tutub.

Qeyd edək ki, Arnaultun sərvəti keçən ildən bu yana 50 milyard dollardan çox artaraq 211 milyard dollara çatıb.

NOCOMMENT.AZ