İlon Mask: “Ukrayna Qara dənizə çıxışını itirəcək”backend

İlon Mask: “Ukrayna Qara dənizə çıxışını itirəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə münaqişə uzanarsa, Ukrayna Qara dənizə çıxışını itirəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu “X” sosial şəbəkəsində (keçmiş Twitter) amerikalı milyarder və sahibkar İlon Mask bildirib.

Onun sözlərinə görə, Ukrayna “laylı müdafiəyə malik daha böyük orduya”, minalanmış sahələrə və artilleriyada əhəmiyyətli üstünlüyə malik olan orduya hücum edərkən əsgərlərini itirib.

İş adamı qeyd edib ki, o, artıq Ukraynaya bütün resursları müdafiəyə yönəltmək üçün tövsiyələr verib, çünki “güclü landşaft maneələri” olmayan Ukrayna Silahlı Qüvvələrinin mövqe tutması çətindir. Elon Mask Ukraynanın tam “ələ keçirilməsinə” inanmadığını, ancaq Odessanın süqutunu istisna etmədiyini etiraf edib.

“Əsas məsələ Ukraynanın Qara dənizə çıxışını itirib- itirməyəcəyidir”, – milyarder vurğulayıb.

O, münaqişəni sülh danışıqları yolu ilə həll etməyə çağırıb.