İmam Mehdinin məhkəməsi: Axirət əzabından xilas olmaq üçün bunu vacib sayırdıbackend

İmam Mehdinin məhkəməsi: Axirət əzabından xilas olmaq üçün bunu vacib sayırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda özünü “12-ci İmam Mehdi” kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluqda təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş qismində Azər İslamov ifadə verib.

O, bildirib ki, Aqil Babayevlə 2003-cü ildə tanış olub. Qeyd edib ki, özü hərbçi olub və Aqil Babayevi 19 il əvvəl əmisi oğlu Fuad vasitəsi ilə tanıyıb: “Mənə özünü İmam Mehdi kimi təqdim edirdi. Təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədi ilə göndərildiyini deyirdi. Axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini söyləyirdi. Deyirdi ki, dinin əsas qaydalarından biri zəkat verməkdir”.

Zərərçəkmişin sözlərinə görə, 2007-2012-ci illərdə zakat verməyə başlayıb: “Aqil Babayev deyirdi ki, pullar imkanı məhdud və şəhid ailələrinə yardım məqsədi ilə yığılır. Bir müddət maddi sıxıntım oldu, zəkat verə bilmədim. 2017-2021-ci illər arası yenidən zəkat verməyə başladım”.

Azər İslamov qeyd edib ki, ümumilikdə, 7 min 200 manat zəkat verib.

Aqil Babayev bu epizod üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Azər İslamovu özünə sürücü vəzifəsinə götürüb və müəyyən maddi yardımlar edib.

Növbəti proses dekabrın 13-də davam edəcək.