İmam Mehdinin məhkəməsində qalmaqal: Jurnalistlər zaldan çıxarıldılarbackend

İmam Mehdinin məhkəməsində qalmaqal: Jurnalistlər zaldan çıxarıldılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda özünü “12-ci İmam Mehdi” kimi təqdim edərək qırx nəfərə qarşı dələduzluqda təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişlərin vəsatəti elan olunub.

Hakimin səsləndirdiyi vəsatətdən məlum olur ki, onlar məhkəmə iclasının qapalı keçirilməsini istəyiblər. Hakim bildirib ki, saytlarda məhkəmədə dindirilməyən zərərçəkmişin ifadəsi yayılıb, onun ifadəsi məhkəmə iclasında dindirilməmiş kimi qeyd olunub.

Daha sonra hakim vəsatəti müzakirəyə çıxarıb. Zərərçəkmişlər məhkəmə iclasının tam qapalı keçirilməsini istəyiblər.

Təqsirləndirlilən şəxsin vəkili Əli Hüseynov bildirib ki, prosesin qapalı keçirilməsi qanunsuzdur, media azadlığının pozulması deməkdir. Təqsirləndirlilən şəxs də prosesin qapalı keçirilməsinə etiraz edib. Hakim 31 zərərçəkmişin vəsatətini təmin etməyib.

Daha sonra hakim zərərçəkmiş Daşqın Aslanova ifadə vermək üçün söz verilib. Daşqın Aslanov isə açıq məhkəmə iclasında ifadə verməkdən imtina edib. Bu zaman prokuror prosesin qapalı keçirilməsini, zərərçəkmişin qapalı iclasda dindirilməsini deyib.

Bu səbəbdən hakim prosesin qapalı keçirilməsi barədə qərar qəbul edib və jurnalistləri zaldan çıxarıb. Daha sonra Daşqın Aslanov qapalı iclasda ifadə verməyə başlayıb.

Hazırda proses qapalı davam edir.