İmran Xanın həbs müddəti uzadılıbbackend

İmran Xanın həbs müddəti uzadılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın keçmiş baş naziri Xanın həbs müddəti yenidən uzadılıb

NOCOMMENT.az xəbər verir ki, Pakistanın keçmiş baş naziri İmran Xanın dövlət sirrini yaymaqda ittiham olunduğu iş üzrə həbs müddətini daha 14 gün uzadıb.

Pakistanın paytaxtı İslamabadın Ali Məhkəməsi avqustun 29-da İmran Xanın korrupsiya işi üzrə 3 illik həbs cəzasının təxirə salınması və girov müqabilində azadlığa buraxılması barədə qərar verib.

Bu gün Pəncab əyalətindəki yüksək təhlükəsizlik Attock həbsxanasında keçirilən dinləmədə Xanın həbs müddətinin daha 2 həftə uzadılmasına qərar verilib. Xanın sözçüsü Raoof Hasan, keçmiş baş nazirin 9 iş üzrə yenidən həbs oluna biləcəyi ehtimalının olduğunu açıqlayıb.

Qeyd edək ki, keçmiş baş nazir Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi Pakistanın Vaşinqtondakı səfiri tərəfindən göndərilən məxfi teleqramın məzmununu ictimailəşdirməkdə və ondan siyasi məqsədlər üçün istifadə etməkdə ittiham olunurlar.