İngiltərə və Ukrayna Rusiyaya qarşı razılaşdı – SAZİŞ İMZALANDIbackend

İngiltərə və Ukrayna Rusiyaya qarşı razılaşdı – SAZİŞ İMZALANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski ilə İngiltərə Baş naziri Bоris Cоnsоnla siyasi əməkdaşlıq, azad ticarət və partnyоrluq barədə Saziş imzalanıb.

NOCOMMENT.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı Dmitri Kuleba deyib.

“Tarixi an: bir müqavilə imzalandı. Baş nazir Boris Consonun da dediyi kimi, bu daha çox ticarət, daha çox təhlükəsizlik Ukrayna ilə İngiltərə arasında daha çox qarşılıqlı əlaqə deməkdir. Avropanın iki cinahı – qərb və şərq daha da yaxınlaşdı”, – Kuleba bildirib.

İngiltərə Baş naziri Bоris Cоnsоn da çıxışında NATO-nun Ukraynaya “Genişləndirilmiş Fürsətlər Tərəfdaşı” statusu vermə qərarını alqışlayıb və müdafiə və təhlükəsizlik islahatları üçün Kiyevə dəstəyini bildirib.