İngiltərədə tətili böhranı! Stansiyalar boş qaldıbackend

İngiltərədə tətili böhranı! Stansiyalar boş qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin paytaxtı Londonda dəmiryolçuların iş şəraitinin yaxşılaşdırılması üçün alınan tətil qərarı səbəbiylə bir çox səfərlər həyata keçirilməyib.

NOCOMMENT.az xəbər verir ki, İngiltərədəki dəmir yolu nəqliyyatı həmkarlar ittifaqlarından biri olan Aslef işçiləri bu gün və sabah işlərini tərk etmək qərarına gəliblər.

Dəmiryolçular iş şəraitinin və maaşlarının yaxşılaşdırılmasını tələb edirlər.

Tətil səbəbindən turistlərin tez-tez istifadə etdiyi Londonun ən işlək qatar stansiyalarından biri olan “Westminster” istifadə üçün bağlanıb, paytaxtdakı bir çox stansiyada məhdud sayda xidmət göstərilib.