İngiltərədən TikTok-a 12,7 milyon funt sterlinq cərimə gəlibbackend

İngiltərədən TikTok-a 12,7 milyon funt sterlinq cərimə gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın İnformasiya Komissarlığının Ofisi açıqladı ki, sosial media platforması Tiktok müxtəlif səbəblərə görə, o cümlədən uşaqların məlumatlarından sui-istifadəyə görə 12,7 milyon funt sterlinq (təxminən 15,9 milyon dollar) cərimələnib.

NOCOMMENT xəbər verir ki, Böyük Britaniya İnformasiya Komissarlığının Ofisinin (ICO) məlumatına görə, 2020-ci ildə İngiltərədə 13 yaşdan kiçik 1,4 milyon uşaq qaydalara zidd olsa da, TikTokdan istifadə edib.

13 yaşından kiçik uşaqların şəxsi məlumatlarının valideyn razılığı olmadan istifadə edildiyi ifadə edilən açıqlamada bildirilib ki, TikTok platformadan kimin istifadə etdiyinə dair adekvat nəzarət etməyib və 13 yaşından kiçik uşaqların çıxarılması üçün lazımi tədbir görməyib.