İnsan beyninə çip yerləşdirildi – Tarixdə bir ilkbackend

İnsan beyninə çip yerləşdirildi – Tarixdə bir ilk

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı sahibkar İlon Maskın neyrotexnologiya şirkəti ilk dəfə insan beyninə çip yerləşdirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə biznesmen sosial şəbəkədə bildirib.

“Dünən ilk şəxsə “Neuralink” çipi qoyuldu, əməliyyatdan sonra sağalma yaxşı gedir”, – deyə Mask qeyd edib ki, cihazın performansı perspektivli görünür.

Sahibkar əlavə edib ki, bu məhsul “Telepatiya” adlanır. O, insana düşüncə gücü ilə telefonu və kompüteri idarə etməyə imkan verəcək.

“İlk istifadəçilər üzvlərinə nəzarəti itirmiş insanlar olacaq. Təsəvvür edin ki, Stiven Hokinq sürətli makinaçıdan və ya auksionçudan daha tez özünü ifadə edə bilir. Məqsəd budur”, – deyə o sözlərinə əlavə edib.