İnsan fikrini oxumaq mümkün oldubackend

İnsan fikrini oxumaq mümkün oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Texas Universitetinin tədqiqatçıları zehni oxumağa nail olublar. O, insan beynindən keçən təsvirləri mətnə çevirə bilir.
NOCOMMENT Medicina-ya istinadən xəbər verir ki, dekoder adlı süni intelektin məqsədi nsultdan sonra danışma qabiliyyətini itirmiş, lakin şüurunu saxlayan insanlara ünsiyyətdə kömək etməkdir.
Beyin fəaliyyəti funksional maqnit rezonans görüntüləmə vasitəsilə qeydə alınır və sonra bu siqnallar dekoder vasitəsilə insan dilinə tərcümə olunur.
Alimlər süni intellekt təlimi üçün üç nəfərin beyin reaksiyasını qeydə alıblar.
Dekoder insanların sözlər və ifadələr ardıcıllığına reaksiyalarını izləyib, sözlərin ardıcıllığını dəqiqliklə proqnozlaşdıra bilib.