İntihara cəhd edən jurnalistlə bağlı yeni qərar verildibackend

İntihara cəhd edən jurnalistlə bağlı yeni qərar verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərtac”ın keçmiş müxbiri Aygün Əliyevanın işdən çıxarılması ilə bağlı əmrə dəyişiklik edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə A.Əliyevanın həyat yoldaşı, jurnalist Teymur Əliyev məlumat verib. O bildirib ki, Aygün Əliyevanın işdən çıxarılması zamanı əsas göstərilən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi aradan qaldırılıb.

“Ölkəmizdə bu cür haqsızlıqla üzləşənlər adətən mübarizə aparmırlar. O isə apardı. 3 il davam edən ağır məhkəmə prosesində bütün instansiyalardan 2-3 dövrə keçdik. Nəhayət ki, dostlarımızın, bizi tanımayan adi vətəndaşların, KİV-in əvəzsiz dəstəyi, məhkəmə sistemindəki savadlı və ağıllı şəxslərin, dövlətin icra və qanunverici orqanlarındakı laqeyd olmayan insanların, iş yerinin yeni rəhbərliyinin müdrik davranışı nəticəsində bu proses bizi qane edəcək formada yekunlaşdı. Həyat yoldaşımın artıq yalançı 70ç bəndi yoxdur, ləğv edildi. Onu artıq kimsə “peşəkarsız, amma bu maddə ilə götürə bilmərik” cavabı ilə məyus edə bilməyəcək”, – deyə T.Əliyev qeyd edib.

Qeyd edək ki, “Azərtac”ın keçmiş müxbiri Aygün Əliyeva işdən çıxarıldığına görə intihara cəhd etmişdi.