İordan çayının sahilində daha bir fələstinli öldürüldübackend

İordan çayının sahilində daha bir fələstinli öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğal altındakı İordan çayının qərb sahilində gün ərzində İsrail qüvvələrinin açdığı atəş nəticəsində yaralanan bir fələstinli həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “WAFA” xəbər agentliyi məlumat yayıb.

İsrail əsgərləri Şimali Aqvar bölgəsi yaxınlığında bir fələstinliyə atəş açıb. Əsgərlər yaralının xəstəxanaya çatdırılması üçün Fələstin Qızıl Aypara qruplarının əraziyə yaxınlaşmasına icazə verməyib.

Fələstin Səhiyyə Nazirliyinin daha sonra verdiyi açıqlamada İordan çayının qərb sahilinin şimal-şərqindəki Tubasın Tamun qəsəbəsinin sakini 25 yaşlı Kərim Xalid Muhammed Beni Avdenin həyatını itirdiyi bildirilib.