İordaniya Kralı ölkənin Səhiyyə nazirini istefaya göndərdi – Bu səbəbdənbackend

İordaniya Kralı ölkənin Səhiyyə nazirini istefaya göndərdiBu səbəbdən

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İordaniya paytaxtının yaxınlığındakı xəstəxanada oksigen çatışmazlığı səbəbindən COVID-19-dan müalicə olunan 7 pasiyentin vəfat etməsi etirazlara səbəb olub.

NOCOMMENT.az AZƏRTAC-a istinadən xəbər verir ki, PETRA informasiya agentliyi Kral II Abdullahın xəstəxanaya gedərək dünyasını dəyişən xəstələrin yaxınları ilə görüşməsi və baş həkimi tənbeh etməsi barədə material yayıb. Monarx buradaca ölkənin səhiyyə naziri Nazir Obeydat və iki müavininin vəzifələrindən azad edildiklərini bəyan edib.

Səhiyyə Nazirliyini müvəqqəti idarə etmək daxili işlər naziri Mazin Fərayaya tapşırılıb.

İnsidentlə bağlı xəstəxananın öz vəzifələrinə məsuliyyətsiz yanaşan 7 həkimi və tibb personalı həbs edilib.

İordaniya Kralı
İordaniya Kralı