İordaniya Suriyanı VURDUbackend

İordaniya Suriyanı VURDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 18-nə keçən gecə İordaniya Suriyanın cənubundakı Es-Suveyda əyalətinə hava zərbəsi endirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Sham FM” radiostansiyası məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, İordaniya Hərbi Hava Qüvvələrinin Suriya ərazisinə zərbə endirməsi nəticəsində azı 10 nəfər ölüb, daha 3 vətəndaş isə yaralanıb.

Zərərçəkənlər arasında qadınlar və uşaqlar da olub, bu haqda radiostansiyanın məlumatında qeyd edilib.