İordaniyanın Xartumdakı səfirliyinə basqınbackend

İordaniyanın Xartumdakı səfirliyinə basqın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İordaniya Sudanın paytaxtı Xartumdakı səfirliyin binasına naməlum şəxslər tərəfindən basqın edildikdən sonra zərər gördüyünü açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İordaniya Xarici İşlər Nazirliyindən yazılı açıqlama verilib.

“Xartumdakı səfirliyimizə edilən hücumu qınayırıq” deyə açıqlamada qeyd olunub.

Bəyanatda diplomatik təcrübələrə və bütün müvafiq beynəlxalq müqavilələrə riayət edilməsinin vacibliyi vurğulanıb.

Basqın nəticəsində səfirliyin binasına ziyan dəydiyi bildirilən açıqlamada basqını həyata keçirənlər barədə məlumat verilməyib.

NOCOMMENT.AZ