İqor Xovayev Azərbaycana gələcəkbackend

İqor Xovayev Azərbaycana gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər nazirinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına kömək üzrə xüsusi nümayəndəsi İqor Xovayev Azərbaycana səfər edəcək.

NOCOMMENT.az-ın məlumatına görə, bu barədə bu gün Rusiya XİN-in İnformasiya və mətbuat departamenti direktor müavini İvan Neçayev brifinq zamanı deyib.

“Rusiya xarici işlər nazirinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına kömək üzrə xüsusi nümayəndəsinin İrəvana planlaşdırılmış səfəri baş tutub. Növbədə Bakıya səfər nəzərdə tutulub”, – deyə o bildirib.