Azərbaycanda regionlara kredit qoyuluşunun bu il martın 1-nə 2 994 440 min manat təşkil edib.
NOCOMMENT.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, regionlara kredit qoyuluşu ötən ilin eyni dövrü ilə müqayisədə 666 050 min manat və ya 28,6% artıb.
Eyni zamanda, bu müddətdə cəmi kredit qoyuluşunda regionların xüsusi çəkisi 18,0%-dən 19,6%-ə yüksəlib.
Qeyd edək ki, 1 mart 2020-ci il tarixinə əsasən maliyyə və kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 15 299 104 min manat təşkil edib. Kreditlərin də 12 304 664 min manatını Bakı şəhəri əhatə edib.












