Azərbaycanın aparıcı broyler müəssisəsi ləğv olunur

Azərbaycanın aparıcı broyler müəssisəsi ləğv olunur

“Dəvəçi Broyler Dərin Emal” MMC ləğv olunduğunu elan edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Cəmiyyətin baş ofisinin yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Dəvəçi Broyler Dərin Emal” MMC 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,5 milyon manatdır. Şirkətin təsisçisi “Səba” ASC-dir.