“Üç ay ərzində bizim platformalarımızda heç bir koronavirusa yoluxma halı aşkarlanmayıb”.
NOCOMMENT.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkil etdiyi “Post-COVID-19 dövründə enerji məsələləri” adlı vebinarda BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Vebinarda Bəxtiyar Aslanbəyli platformalarda çalışan işçilərin iki həftəlik növbələrinin 4 həftə ilə əvəzləndiyini qeyd edib. O, koronavirusun BP-nin əməliyyatlarına təsir göstərmədiyini bildirib.












