Bu tarixdən sənaye balıq ovuna qadağa tətbiq olunacaq – VİDEO

Bu tarixdən sənaye balıq ovuna qadağa tətbiq olunacaq – VİDEO

NOCOMMENT.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin Rəisi Hikmət Əlizadə Realtv.az-a müsahibəsində bildirib. Xidmət rəisinin sözlərinə görə, mayın 1-dən tətbiq olunan qadağanı pozanlar ən sərt qaydalarla cəzaladırılacaq:

“Hər vətəndaş 5 kiloqrama qədər balıq tuta bilər. Amma tövsiyə edirik ki, onlar da kürülümə dövründə balıq ovunu azaltsınlar. Qadağaların olunması kütləvi şəkildə ovlanan balıq ovuna aiddir. Bir vətəndaş il ərzində 2 kiloqramdan biraz artıq balıq istifadə edir. Xüsusi olaraq indi elə müəssisə yoxdur ki, sırf balığı yetişdirib dənizə buraxsın. Balıqların yetişdirilməsi işi ilə Ekologiya Nazirliyinin müvafiq strukutu məşğul olur. Bu istiqamətdə 600 akvakultura müəssisəsi qeydə alınıb”-deyə Hikmət Əlizadə qeyd edib.