Daha bir maliyyə qurumunun lisenziyası ləğv edildi

Daha bir maliyyə qurumunun lisenziyası ləğv edildi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə ölkədə fəaliyyət göstərən daha bir kredit ittifaqının lisenziyası ləğv edilib.

NOCOMMENT.az xəbər verir ki, bu, Beyləqan rayonundakı “Optimal Kredit İttifaqı” MMC-dir.

Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 43-dən 42-yə düşüb, 2020-ci ildə bağlanmış kredit ittifaqlarının sayı isə 3-ə çatıb.